Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən xarici ölkə vətəndaşı saxlanılıb.
Sitat.info xəbər verir ki, ölkənin şimalındakı Gdansk şəhər prokurorluğundan verilən açıqlamada şübhəlinin istintaq tamamlanana qədər 3 ay müddətinə həbs oluna biləcəyi bildirilib.
Açıqlamada naməlum şəxsin Rusiya kəşfiyyatına məlumat verdiyini etiraf etdiyi bildirilib.
Prokurorluğun sözçüsü Grazyna Wawryniuk, sözügedən əcnəbinin yanvar ayından Polşada olduğunu və ölkənin şimalındakı əsas infrastruktur və təhlükəsizlik prosedurları haqqında məlumat topladığını bildirib.
Şübhəlinin günahı sübuta yetirilərsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.
Seymur Bənnayev
Sitat.info