Kanada və BƏƏ-nin iki aviaşirkəti İsrailə uçuşları dayandırır

22:21 27 Mart 2023

İsraildə baş verən siyasi böhran və hökumətin məhkəmə tənzimləmələri və Ben Qurion Beynəlxalq Hava Limanında tətil səbəbiylə iki beynəlxalq aviaşirkətin İsrailə uçuşları ləğv etdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, Ben Gurionda hökumətin məhkəmə tənzimləmələrinə cavab olaraq başlayan tətil səbəbiylə uçuşlar dayandırıldıqdan sonra bəzi aviaşirkət şirkətləri İsrailə uçuşları dayandırıb.

İsraildə yerləşən Walla xəbər saytının xəbərinə görə, Air Canada və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli hava yolu şirkəti Etihadın İsrailə uçuşları ləğv edilib.

Qeyd edilib ki, sözügedən şirkətlər Ben Qurion hava limanında baş verən tətilə görə təyyarələrinin və ekipajlarının İsraildə qapalı qalmasından ehtiyat ediblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti