İsrail Baş Qərargah rəisi: Ölkədəki daxili fırtına ilə birlikdə xarici təhdidlər birləşib

22:29 27 Mart 2023

İsrail Baş Qərargah rəisi Herzi Halevi ölkəsinin "xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi mürəkkəb günlərdən" keçdiyini bildirib.

Sitat.info xəbər verir ki, Baş Qərargah rəisi Halevi İsrail ordusuna müraciət edib.

İsrail cəmiyyətinin mürəkkəb bir dövrdən keçdiyini vurğulayan Halevi: "Hər baxımdan baş verənlərdən narahat olmamaq mümkün deyil", - deyə bildirib.

Məsuliyyəti öz üzərinə götürməyin zamanının gəldiyini bildirən Halevi belə davam edib:

"Bizim müharibələr və əzablarımız olub, düşmənlərimizə qarşı əzmlə vuruşmuşuq. Bu, əvvəllər yaşadığımız dövrlərdən fərqli bir dövrdür. Xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi bu günlərə bənzər bir şey görməmişik".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti