Beş planet ay ilə eyni xətt üzərində düzülüb

11:43 28 Mart 2023

Dünən gecədən etibarən Merkuri, Yupiter, Venera, Uran və Mars Ay ilə eyni xətt üzərində düzülmüşdü. Bir neçə gün adi gözlə izlənilə bilən bu hadisə planetlərin paradı olaraq təyin olunur.

Sitat.info xəbər verir ki, dünən axşam gün batdıqdan sonra səmada görünə bilən bu ardıcıllıq açıq havada və şəhər işıqlarından uzaqda daha aydın görünüb.

Keçən yay Merkuri, Venera, Mars, Yupiter və Saturn nadir bir Planet birləşməsində bir arayaa gəlmişdi.

Axşam saatlarında səmaya baxmamısınızsa, Merkuri və Yupiteri tutmaq şansınızı əldən vermiş ola bilərsiniz, çünki onlar üfüqdə sürətlə yox olurlar.

NASA-nın astronomu Bill Cooke, bu planetlərin düzüldüyünü görmək üçün Yerin hər hansı bir yerində gün batdıqdan dərhal sonra üfüqün qərbinə baxmaq lazım olduğunu söyləyib.

İngiltərədəki Qrinviç Kral Rəsədxanasından astronom Ceyk Foster bildirib ki, bu cür düzülmələr bizim Yerə baxışımız üçün unikaldır. Lakin onlar səmada kifayət qədər yaxınlaşırlar ki, nadir hallarda da olsa, onları bir yerdə görə bilək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti