Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus alışıb: 20 ölü, 29 yaralı

11:51 28 Mart 2023

Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gələnləri daşıyan avtobus körpüyə çırpıldıqdan sonra alov almağa başlayıb. Qəzada 20 nəfər ölüb, 29 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gələnləri daşıyan avtobus qəzaya uğrayıb.

Bildirilib ki, Məkkəyə gedən avtobusun əyləcinin boşaldılması nəticəsində Əsir şəhərinin Aqaba Şaar bölgəsində körpüyə çırpılıb və qəzadan sonra avtobus alov almağa başlayıb.

Qəza nəticəsində 20 nəfərin öldüyü, 29 nəfərin yaralandığı açıqlanıb.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti