Türkiyədən Fransaya qınaq: YPG-yə medallar qəbul edilə bilməz

11:53 28 Mart 2023

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının terror təşkilatı PKK/YPG üzvlərinə ev sahibliyi etməsini və onlara medallar təqdim etməsini pisləyib. Fransa səfiri Maqro Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, Fransa səfiri Herve Maqro Xarici İşlər Nazirliyinə çağırılaraq PKK/YPG üzvlərinin Fransa Senatında ev sahibliyi etməsini və onları medallarla təltif etməsini pisləyib. Maqroya bildirilib ki, terror təşkilatı PKK-nın Suriya uzantısı YPG və onların qadın qolu YPJ-nin Fransa Senatında qonaq edilərək fəxri medallarla təltif edilməsi qəbul edilməyib və hadisə Türkiyə tərəfindən şiddətlə qınanıb.

PKK/PYD/YPG və qondarma Suriya demokratik qüvvələrinin (SDG) Türkiyə və suriyalılara qarşı hücumları, bölgədəki separatçı və sabitliyi pozan fəaliyyətlərinə diqqət çəkilib.

Bundan əlavə, Türkiyənin terrorla mübarizə çərçivəsində Fransa rəsmilərindən gözləntiləri Maqroya təkrarlandı. Bu kontekstdə Fransadan PKK-nın Suriyadakı genişlənməsinə beynəlxalq legitimlik qazandırmaq səylərinə haqq verməməsi istənilib. Fransadan Türkiyə sərhədlərinin və türk xalqının təhlükəsizliyinə, Suriyanın birliyi və ərazi bütövlüyünün qorunmasına dəstək verməsi istənilib. Məsələ ilə bağlı Fransa rəsmiləri qarşısında Türkiyənin Parisdəki səfirliyi tərəfindən cəhdlər edilib və reaksiya sərt şəkildə ifadə olunub. Fransalı deputatlar terror təşkilatı PKK-nın Suriya qolu YPG və qadın təşkilatı YPJ-nin sözdə sözçüsü Nuri Mehmud və Ruksan Mihemedi Fransa Senatında qonaq edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti