Həmin sammitə yenidən ABŞ-dan dəvət gəlməyib

12:03 28 Mart 2023

ABŞ administrasiyası bu gün ikinci “Demokratiya Sammiti”ni keçirir. Yenə Türkiyə 121 nəfərlik qonaq siyahısında deyil.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin videobağlantı vasitəsilə qatılacağı sammitdə Səudiyyə Ərəbistanı və Misir liderləri də olmayacaq. American Foreign Policy jurnalının yazdığına görə, ABŞ Demokratiya Sammitinə NATO üzvü Türkiyədən başqa Macarıstanı dəvət etməyib. 2021-ci ildə keçiriləcək ilk sammitə Türkiyə və Macarıstan da dəvət edilməmişdi. Martın 30-dək davam edəcək Sammitə ABŞ, Kosta Rika, Cənubi Koreya, Hollandiya və Zambiya ev sahibliyi edəcək və əsasən onlayn formatda olacaq.

Sammitə 2021-ci ildə dəvət edilməyən Honduras, Fil Dişi Sahili, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya, Bosniya və Herseqovina və Lixtenşteyn də qatılacaq. Birinci sammitdə “avtoritarizmə qarşı demokratiya və insan haqlarının müdafiəsi, demokratiyalarda qadınların rolu və korrupsiya ilə mübarizə” kimi mövzularda görüşlər keçirilmişdi.

Məğrur

Sitat.info



Xəbər xətti