Milyarder iş adamı İlon Mask 5 ay əvvəl 44 milyard dollara aldığı Twitter-in dəyərini 20 milyard dollar müəyyən edib.
Sitat.info xəbər verir ki, şirkətin işçilərinə səhmlər paylamaq planı ilə bağlı daxili e-poçtda Musk, satın almadan əvvəl şirkətin ildə 3 milyard dollar itirdiyini bildirib. Şirkətin gəlirlərinin hər il 1,5 milyard dollar azaldığını və borclarının da eyni miqdarda artdığını izah edən Musk kassada cəmi 4 aylıq pul qaldığını qeyd edib. Muskın planına görə, pay veriləcək işçilər bunu hər 6 aydan bir nağd pula çevirə biləcəklər. Musk həmçinin bildirib ki, onun məqsədi 250 milyard dollarlıq şirkət yaratmaqdır. Şirkəti aldıqdan sonra amerikalı sahibkar işçilərin sayını 7500-dən 2 minə endirib.
Twitter-in rəhbəri İlon Musk yeni böhranla üzləşib. Twitter-in proqram təminatının işləməsini təmin edən bəzi mənbə kodu internetə sızdırılıb. Muskın hadisə ilə bağlı təhqiqata və qanuni əməliyyata başladığı bildirilir.
Məğrur
Sitat.info