Yaponiyanın Aomori şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib, sunami xəbərdarlığı edilməyib.
Sitat.info xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ 20 kilometr dərinlikdə baş verib.
Yapon mətbuatında dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.