Tehranda polis qüvvələrinin sayı artırılır - FOTO

18:24 28 Mart 2023

Tehranda polis qüvvələrinin sayı artırılır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İran hökuməti ölkədə baş verən 6 aylıq etiraz aksiyalarından sonra paytaxtda polis qüvvələrinin sayının artırılması ilə bağlı yeni proqram həyata keçirmək niyyətində olduğunu bildirib.

Bununla bağlı İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı Həsən Kərəmi bildirib.

O, açıqlamasında son etiraz nümayişlərinə toxunub. Qeyd edib ki, növbəti aksiyaların qarşısının vaxtında alınması məqsədilə və Tehranın 400 nöqtəsini əhatə etmək üçün polis sayının ikiqat artırılması vacibdir.

Xatırladaq ki, İranda baş verən xalq etirazları zamanı 71-i uşaq olmaqla 500-dən çox vətəndaş öldürülüb, 18 mindən çox etirazçı həbs edilib.



Xəbər xətti