ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada, Suriya prezidenti Bəşər Əsədin 2 əmisi oğlu da daxil olmaqla, ümumilikdə 6 nəfərin “Captagon” sintetik dərman həblərinin istehsalı və ixracı səbəbi ilə sanksiya siyahısına əlavə edildiyi qeyd edilib. sintetik dərman.
Sitat.info xəbər verir ki, nazirlikdən verilən açıqlamada Suriya prezidenti Bəşər Əsədin 2 əmisi oğlu da daxil olmaqla 6 nəfərin sanksiya siyahısına daxil edildiyi bildirilib.
Xarici Aktivlərə Nəzarət Ofisinin rəhbəri Andrea M. Gacki sintetik narkotik tipli "Captagon" həbinin istehsalı və ixracına görə sanksiya siyahısına 6 nəfərin əlavə edildiyini bildirərək: “Suriya yüksək dərəcədə asılılıq yaradan Captagon istehsalında dünya lideri oldu. Burada qaçaqmalçılığın böyük hissəsi Livan vasitəsilə həyata keçirilir", - deyib.
“Biz müttəfiqlərimizlə birlikdə narkotik gəlirləri ilə Bəşər Əsəd rejimini dəstəkləyənləri məsuliyyətə cəlb edəcəyik", - O, bildirib.
Seymur Bənnayev
Sitat.info