Polşanın baş naziri Mateusz Morawiecki bildirib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları Belarus hökumətinə qarşı əlavə və sərt sanksiyalarla nəticələnməlidir.
Sitat.info xəbər verir ki, Morawiecki, hökumətlərarası danışıqlar çərçivəsində Polşa nümayəndə heyətinin səfər etdiyi Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən mətbuat konfransında qiymətləndirmələr edib.
Belarusa qarşı növbəti sanksiyalar dalğasının xüsusilə Belarus prezidenti Aleksandr Lukaşenko rejimi üçün "daha sərt" olacağını bildirən Morawiecki, Rusiya və Belarusa qarşı sonrakı sanksiyaların əhatə dairəsi barədə Avropa liderləri ilə daim danışdığını bildirib.
Morawiecki Belarusu Ukraynaya hücumuna görə Rusiyanı hədəf alaraq Moskva administrasiyasını dəstəklədiyinə görə tənqid edib.
Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmə planlarının Belarus hökumətinə qarşı əlavə və ciddi sanksiyalara səbəb olması lazım olduğunu deyən Morawiecki bildirib: “Biz Polşada Lukaşenkoya çox açıq siqnal verdik ki, əslində Rusiyanın təcavüzünə xidmət edən bu cür hərəkətləri qəbul etməyəcəyik. Biz ikitərəfli münasibətlərimiz çərçivəsində ticarət kimi məsələlərlə bağlı bütün parametrləri sərtləşdirməyi nəzərdən keçiririk".
Seymur Bənnayev
Sitat.info