Şotlandiya Milli Partiyasının yeni lideri Həmzə Yusuf parlamentdə keçirilən səsvermədən sonra Şotlandiyanın ilk müsəlman baş naziri oldu.
Sitat.info xəbər verir ki, Şotlandiyanın Regional Baş naziri və SNP sədri Nikola Sturgeon həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verdikdən sonra başlayan liderlik yarışında Həmzə Yusuf qalib gəldikdən sonra dünən Şotlandiya parlamentində səsvermə keçirilib.
Pakistan əsilli müsəlman Həmzə Yusuf 71 səslə parlamentdə çoxluğu qazanıb.
Beləliklə, Həmzə Yusuf Şotlandiyanın yeni regional baş naziri olub.
Qeyd edək ki, atası Pakistan əsilli və 1960-cı illərdə Şotlandiyaya mühacirət edən Həmzə Yusifin anası Keniyada Cənubi Asiya əsilli bir ailədə anadan olub.
Məğrur
Sitat.info