Rusiya: Hindistana neft nəqli 22 dəfə artıb

23:51 28 Mart 2023

Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, keçən il Hindistana neft nəqli 22 dəfə artıb.

Sitat.info xəbər verir ki, “Rossiya-24” telekanalına danışan Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya neftini Mərkəzi Asiya, Afrika və Latın Amerikası ölkələrinə tədarük etdiklərini bildirib.

Bu mövzuda Rusiya üçün "dost" olan ölkələrin bazarlarına üz tutduqlarını ifadə edən Novak bildirib: "Hindistana neft daşımaları keçən il 22 dəfə artıb".

2022-ci ildə Çinə neft nəqlinin 8 faiz artdığı barədə məlumatı paylaşan Novak, bu il də Asiya ölkələrinə nəqllər üçün lazımi infrastrukturu inkişaf etdirməyə davam edəcəklərini qeyd edib.

Aleksandr Novak: "Asiya bazarının istehlak, tələb və iqtisadiyyat baxımından sürətlə böyüdüyünü nəzərə alsaq, məhsullarımıza tələbat olacağına əminik. Bunlara neft, neft məhsulları, qaz, mayeləşdirilmiş təbii qaz və kömür daxildir", - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti