Britaniyanın “The Guardian” qəzetinin sahibləri qəzetin təsisçilərinin transatlantik köləlikdə oynadıqları rola görə üzr istəyiblər.
Sitat.info xəbər verir ki, qəzetin 19-cu əsrin əvvəllərində yaranması ilə bağlı iki ildən çox davam edən "akademik baxış", əsas qurucusu Con Edvard Taylor və onun bir çox maliyyə dəstəkçilərinin köləliklə bağlantıları olduğunu ortaya qoyub.
Hull və Nottingem universitetlərindən olan tədqiqatçılar, jurnalist və pambıq taciri olan Taylor və onun 11 maliyyə dəstəkçisindən ən azı 9-nun, xüsusən də tekstil sənayesi vasitəsilə köləliklə əlaqəsi olduğunu aşkar ediblər.
Media qrupunun sahibi olan Scott Trust-ın icraçı direktoru Ole Jacob Sunde: "Scott Trust Con Edward Taylor və tərəfdarlarının pambıqçılıq biznesində oynadığı rola görə dərin təəssüf hissi keçirir", - deyib.
"Biz etiraf edirik ki, üzr istəmək və bu faktları şəffaf şəkildə paylaşmaq Guardian-ın köləliklə tarixi əlaqələrini həll etmək üçün yalnız ilk addımdır", - açıqlamada bildirilib.
Scott Trust şirkəti özünün "bərpaedici ədalət" sxemi çərçivəsində 10 milyon funt sterlinq (12,3 milyon dollar) investisiya etməyi planlaşdırır.
Seymur Bənnayev
Sitat.info