Rusiya: Yeni START ilə bağlı amerikalılarla heç bir əlaqə yoxdur

11:00 29 Mart 2023

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (START) ilə bağlı davranışını dəyişməli olduğunu bəyan edərək: “Yeni START ilə bağlı amerikalılarla heç bir əlaqə yoxdur”, - deyib.

Sitat.info xəbər verir ki, Rusiyanın Tass xəbər agentliyinə müsahibə verən Lavrov gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Rusiya ilə ABŞ arasında "Yeni START" məsələsinə də toxunan Lavrov sözügedən razılaşmanın ölkəsi tərəfindən dayandırıldığına diqqət çəkib.

Lavrov: "Yeni START ilə bağlı amerikalılarla heç bir əlaqə yoxdur. Qərarımıza etiraz olaraq bizə nota göndərirlər və bu qərarı qəbul etmək hüququmuz olmadığını izah edirlər. Bunlar hamısı hüquq baxımından əhəmiyyətsiz arqumentlərdir", - deyə bildirib.

ABŞ-ın bu müqavilənin prinsiplərini pozduğunu vurğulayan Lavrov, bu prinsiplərin Rusiya və ABŞ-ın strateji sabitliyi qorumaq səyləri kontekstində qarşılıqlı etimad, hörmət və əməkdaşlığa əsaslandığını bildirib.

“Bu məsələdə ABŞ-la təmasları davam etdirmək üçün onlar öz davranışlarını dəyişməli və dövlətlərarası münasibətlərin aparılmasında sivil prinsiplərə, o cümlədən "Yeni START"-da yer alan prinsiplərə riayət etməlidirlər”, - Lavrov bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti