Bayden İsrailin daxili işlərinə qarışdığını inkar edir

11:30 29 Mart 2023

ABŞ prezidenti Co Bayden, İsrailin daxili işlərinə qarışdıqlarına dair iddiaları rədd edərək: "Biz qarışmırıq. Bu mövzuda mənim mövqeyimi bilirlər. Amerikanın mövqeyini bilirlər. Amerika yəhudilərinin mövqeyini bilirlər", - deyib.

Sitat.info xəbər verir ki, Bayden Şimali Karolina ştatındakı proqramından qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Məhkəmə islahatı müzakirələri səbəbiylə etirazlara səhnə olan İsrailin demokratiyasından narahat olub-olmadığını soruşduqda Bayden: "İsrailin bir çox güclü tərəfdarı kimi mən də çox narahatam", - deyə bildirib.

İsrailin çətin bir prosesdən keçdiyi və bununla məşğul olmaları lazım olduğu fikrini bölüşən Bayden, İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatları tənzimləməsindən imtina edəcəyinə ümid etdiyini bildirib.

"Onlar bu yola davam edə bilməzlər. Mən bunu bir növ açıqladım" deyən Bayden, Netanyahunun real bir uzlaşma təmin edəcək şəkildə hərəkət edəcəyinə ümid etdiyini bildirib.

Netanyahunu Vaşinqtona dəvət edib-etməyəcəyi sualına Bayden “Xeyr, tezliklə olmaz” cavabını verib. Bayden Netanyahu ilə telefonla danışmadığını, ancaq mesajını ölkəsinin İsraildəki səfiri vasitəsilə ona çatdırdığını bildirib.

Bayden, ABŞ-ın İsrailin daxili işlərinə qarışması ilə bağlı ritorika ilə əlaqədar olaraq bildirib: "Biz qarışmırıq. Onlar bu mövzuda mənim mövqeyimi bilirlər. Amerikanın mövqeyini bilirlər. Amerika yəhudilərinin mövqeyini bilirlər".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti