Şotlandiyada bu gün keçirilən seçkilərlə bölgə hökumətinin yeni baş naziri seçilən Həmzə Yusuf, Baş nazirin rəsmi iqamətgahı olan Bute House-da ilk günündə ailəsinə başçılıq edərək namaz qılarkən fotosunu paylaşıb.
Sitat.info xəbər verir ki, Yusuf Twitter hesabında paylaçıb: "Ailəm və mən bu gün (28 mart) parlament səsverməsindən sonra ilk gecəmizi Bute House-da keçiririk".
Yusuf başqa bir yazısında İngiltərə baş naziri Rishi Sunak ilə görüşdüyünü və "Şotlandiya xalqının və parlamentinin demokratik istəklərinə İngiltərə hökuməti tərəfindən hörmət edilməsi lazım olduğunu açıq şəkildə bildirdim", - deyib.
Məğrur
Sitat.info