ABŞ və Rusiya arasında nüvə döyüşü

10:52 30 Mart 2023

Rusiya martın 1-də “START-3” nüvə silahlarına nəzarət sazişini birtərəfli qaydada dayandırdığını rəsmən elan etdikdən sonra, dünən ABŞ administrasiyası Moskvaya qarşı qisas əməliyyatına başlayıb.

Sitat.info xəbər verir ki,  ABŞ Dövlət Departamentinin bəyanatında deyilir: “Nüvə silahlarına nəzarət razılaşmasını dayandıran Rusiyanı masaya qaytarmaq üçün əks addımlar atmalıyıq. Bundan sonra biz hər altı aydan bir "START-3" razılaşmasına əsasən əlimizdə olan nüvə başlıqları ilə bağlı Rusiya tərəfinə hesabat göndərməyəcəyik".

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov: “ABŞ-a vacib bir xatırlatma etmək istəyirik. "START-3" Nüvə Silahlarına Nəzarət Müqaviləsi ABŞ deyil, Rusiya tərəfindən dayandırılıb. ABŞ-dan tələb olunur ki, imzaladığı müqaviləyə uyğun olaraq bizə nüvə silahı ilə bağlı hərtərəfli hesabatlar təqdim etməyə davam etsin. Əks halda, biz onları müqavilədən çıxmış hesab edəcəyik”, - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti