Ukrayna prezidenti Volodimir Zelenski Donbas cəbhəsindəki Baxmut şəhərindən niyə geri çəkilmədiklərini açıqlayıb.
Sitat.info xəbər verir ki, Amerikalı AP-yə danışan Zelenski: “Geri çəkilsək, qan qoxusu alan Putin daha çox üzərimizə gələcək”, - deyib.
Şəhəri itirəcəkləri təqdirdə Moskvanın danışıqlar üçün böyük təzyiq göstərəcəyini deyən Zelenski bildirib: “Üstəlik, xalqımız təcavüzkar düşməni məğlub edə bilməyəcəyimizi düşünməyə başlayar. Biz buna icazə verə bilmərik”.
Baxmutun yarıdan çoxu Rusiyanın Vaqner muzdlu qüvvələrinin nəzarətindədir. Digər tərəfdən, Vaqnerin meneceri Yevgeni Priqojin Baxmutdakı toqquşmalarda qüvvələrinə ciddi ziyan dəydiyini etiraf edib, lakin şəhəri ələ keçirə biləcəklərini bildirib.
Seymur Bənnayev
Sitat.info