Ukrayna prezidenti Volodimir Zelenski Çin prezidenti Si Cinpini Ukraynaya səfərə dəvət edib və “Biz Sini burada görməyə hazırıq” deyib.
Sitat.info xəbər verir ki, Zelenski qərargahı Nyu Yorkda yerləşən Associated Press (AP) xəbər agentliyinə danışıb.
Çin prezidenti Si Cinpini Ukraynaya dəvət edən Zelenski Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl onunla danışıqlar apardıqlarını bildirib.
Çin Xarici İşlər Nazirliyinin Ukraynadakı müharibənin siyasi həlli ilə bağlı dərc etdiyi 12 bəndlik sənədə toxunan Zelenski: "Si-ni burada görməyə hazırıq. Onunla danışmaq istəyirəm. Müharibədən əvvəl onunla görüşmüşük. Amma müharibə zamanı onunla bir ildən çoxdür ki, ünsiyyət qurmamışıq", - deyə bildirib.
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Ukrayna və Çin liderləri arasında görüşün keçirilməsi üçün iş aparıldığını bildirib, lakin yekun nəticənin hələ əldə olunmadığını qeyd edib.
Qeyd edək ki, Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə martın 20-22-də Rusiyaya gedib və Putini Çinə dəvət etmişdi.
Seymur Bənnayev
Sitat.info