Bəşər Əsəd rejimi İsrailin Suriyanın paytaxtı Dəməşqin bəzi nöqtələrinə hava hücumu təşkil etdiyini iddia edib.
Sitat.info xəbər verir ki, Əsəd rejiminin xəbər agentliyi SANA, hərbi mənbəyə əsaslanaraq yerli vaxtla saat 01:20-də Dəməşq şəhər mərkəzi ətrafındakı bəzi nöqtələrin İsrail qüvvələrinin hava hücumları ilə hədəfə alındığını iddia edib.
Hücum nəticəsində 2 rejim ünsürünün yaralandığı iddia edilən xəbərdə: “Havadan müdafiə sistemlərimiz düşmən raketlərini qarşılayıb və bəzilərini vurub, bəzi ərazilərə ziyan dəyib”, - bildirib.
Hücumla bağlı İsrail rəsmilərindən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Dəməşq və onun kənd yerlərində rejim ordusu ilə yanaşı, İran İnqilabı Keşikçiləri Korpusu başda olmaqla Livan Hizbullah ünsürlərinin komandanlığı altında terrorçu qruplar mövcuddur.
İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri Suriyada İranın dəstəklədiyi qruplara və rejim hərbi məntəqələrinə qarşı zaman-zaman hücumlar təşkil edir.