ABŞ və İsrail arasında gərginlik artmaqda davam edir

11:57 30 Mart 2023

İsraildə mübahisəli məhkəmə tənzimləməsi təxirə salındıqdan sonra küçələrdə gərginlik azalıb. Lakin ABŞ və İsraildən qarşılıqlı sərt bəyanatlar gəlməkdədir.

Sitat.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin "bu yolda davam edə bilməzlər" açıqlamasına reaksiya verib. "İsrail xarici təzyiqlərə əsaslanaraq qərarlar verən ölkə deyil”, - O, bildirib.

Netanyahunu Vaşinqtona dəvət edib-etməyəcəyi sualına Bayden, “tezliklə deyil” cavabını verib.

İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabından ABŞ prezidenti Baydenin açıqlamalarına reaksiya verib.

“İsrail suveren ölkədir və qərarlarını kənardan, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlə deyil, öz xalqının iradəsi ilə verir”, - deyə bildirib.

İsrailin hakim ortağı, ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də Baydenə: “İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyil”, - deyib.

İsrailin keçmiş müdafiə naziri və müxalif Milli Birlik Partiyasının sədri Benni Qantz ABŞ prezidenti Co Baydenin bəyanatının İsrail hökumətinə xəbərdarlıq mesajı olduğunu bildirib.

Razılaşmanın təxirə salınmasından sonra danışıqlara başlanılıb.

Məğrur

Sitat.info



Xəbər xətti