Wall Street Journal-ın müxbiri Rusiyada casusluqda şübhəli bilinərək saxlanılıb.
Sitat.info xəbər verir ki , Rusiyanın FSB təhlükəsizlik xidməti cümə axşamı günü Uralın Yekaterinburq şəhərində Wall Street Journal-ın müxbiri Evan Qerşkoviçi casusluqda şübhəli bilinərək saxlayıb.
FSB-nin “İnterfaks”a istinadən verdiyi məlumata görə, ABŞ vətəndaşı 1991-ci il təvəllüdlü Qerşkoviç Evan qanunsuz fəaliyyətini dayandırıb və Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş Amerikanın “The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiridir.
Evan Amerika hökumətinin maraqları naminə casusluqda şübhəli bilinir.
Hələlik qəzetdən açıqlama daxil olmayıb.
Qeyd olunub ki, Qerşkoviçə hərbi müdafiə kompleksindəki müəssisələrdən birinin fəaliyyəti haqqında məlumat toplamaq tapşırılıb.
Ancaq mövzu ilə bağlı heç bir dəlil paylaşılmayıb.
Məğrur
Sitat.info