Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada İsrailin Dəməşq ətrafındakı nöqtələrə təşkil etdiyi hava hücumunda 2 rejim əsgərinin yaralandığı bildirilib.
Sitat.info xəbər verir ki, Suriya Müdafiə Nazirliyi İsrail qüvvələrinin yerli vaxtla saat 01:20 radələrində paytaxt Dəməşq ətrafındakı bəzi nöqtələrə raketlərlə hücum etdiyini açıqlayıb.
Açıqlamada Suriya hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin vurulduğu, hücum nəticəsində 2 rejim əsgərinin yaralandığı və maddi ziyanın olduğu bildirilib.
İsraildən hava hücumu ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyinin ötən həftə verdiyi açıqlamada, İsrailin Hələb hava limanı və ətrafına həyata keçirdiyi hava hücumunda maddi ziyanın olduğu bildirilmişdi.
Seymur Bənnayev
Sitat.info