"Şaxtyor" klubu FIFA-dan Avropa Komissiyasına şikayət edib

23:44 30 Mart 2023

Ukraynanın "Şaxtyor" (Donetsk) klubu FIFA-dan Avropa Komissiyasına şikayət edib.

Sitat.info-nun məlumatına görə, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama verib.

Funksioner bildirib ki, buna səbəb ölkədə müharibə başlandıqdan sonra əcnəbi oyunçular və məşqçilərin klublarla müqavilələrini dayandırmasıdır.

"Şaxtyor" rəsmisi hesab edir ki, ali futbol qurumunun qərarı ədalətli oyun prinsipinə ziddir və klubun əsas gəlirinin təxminən 40 milyon avro azalmasına səbəb olub.



Xəbər xətti