Malavidə qasırğa nəticəsində itkin düşənlər ölü elan ediləcək

11:36 31 Mart 2023

Afrikanın şərqində yerləşən Malavidə təsirli olan “Freddi” qasırğasında itkin düşən 537 nəfərin öldüyü elan edilərək xilasetmə işlərinə son qoyulacağı bildirilib.

Sitat.info xəbər verir ki, Afrikanın şərqində yerləşən Malavidə təsirli olan “Freddi” qasırğasında 600-dən çox insan həyatını itirib. Qasırğadan ən çox zərər çəkən Malavidə minlərlə insan evsiz qalıb, 345 mindən çox insan isə qasırğadan zərər çəkib. Malavi Milli Fəlakət İdarəsinin rəhbəri Çarlz Kalemba, bölgədə 17 gündür davam edən axtarış-xilasetmə işlərinin dayandırılacağını bildirərək: "Hələ də təxminən 537 itkin var. 17 gün olduğunu nəzərə alsaq. itkin düşəndən sonra sağ qalma ehtimalı azdır. İtkin düşmüş 537 nəfər ölü elan ediləcək”, - deyib.

Qeyd edək ki, “Freddi” qasırğası ilk dəfə fevralın 21-də Madaqaskarı, 3 gün sonra isə Mozambiki vurub və hər iki ölkədə minlərlə insanı didərgin olub. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) verdiyi açıqlamada Hind okeanı üzərində 32 gündür davam edən fırtınanın tarixdəki ən uzun fırtına ola biləcəyi bildirilmişdi.

Məğrur

Sitat.info



Xəbər xətti