"Çinin müharibəyə münasibəti Aİ ilə münasibətlərdə həlledici olacaq"

11:44 31 Mart 2023

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Çinin Rusiya-Ukrayna müharibəsinə münasibəti Avropa İttifaqı (Aİ)-Çin münasibətlərində müəyyənedici amil olacaq.

Sitat.info xəbər verir ki, mətbuat konfransında çıxış edən Avropa Komissiyasının sədri Leyen: “Çinin ədalətli sülhün əldə edilməsində konstruktiv rol oynamaq məsuliyyəti var.

Lakin bu sülh yalnız Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında ola bilər. Ukrayna işğalçı qoşunların çıxarılmasını tələb edən ədalətli sülhün şərtlərini müəyyən edəcək.

Rusiyanın ilhaqlarını möhkəmləndirmək üçün istənilən sülh planı real plan deyil. Bu məqamda biz səmimi olmalıyıq.

Çinin Putinin müharibəsi ilə necə qarşılıqlı əlaqəsi Aİ-Çin münasibətləri üçün həlledici amil olacaq", - deyə bildirib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti