Yaponiya Çinə çip istehsalı materiallarının ixracına nəzarəti gücləndirir

12:30 31 Mart 2023

Yaponiya hökuməti yarımkeçirici çip istehsalı materiallarının Çinə ixracına nəzarəti gücləndirəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, hökumət müvəqqəti olaraq ixrac nəzarəti ilə Çin üçün yarımkeçirici istehsal materiallarının siyahısını daha da genişləndirəcək.

Qərara əsasən, ixrac nəzarətinə məruz qalan məhsulların siyahısına 23 adda məhsul əlavə olunacaq. Bu addım şirkətlərin Çinə ixracını çətinləşdirəcək.

Siyahıya yüksək məhsuldar çiplərinin istehsalında istifadə olunan ekstremal ultrabənövşəyi litoqrafiyaya malik yaddaş qurğularının çapı üçün materiallar əlavə olunacaq.

Sərtləşdirmə tədbirlərini əhatə edən yeni tənzimləmənin may ayında ictimaiyyətə rəsmən açıqlanması və iyulda qüvvəyə minməsi gözlənilir.

Xarici Valyuta və Xarici Ticarətə Nəzarət Qanununa əsasən, Yaponiya mülki malların, o cümlədən hərbi istifadəyə yönəldilə bilən avadanlıqların ixracına nəzarət edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti