Cənubi Amerika ölkəsi Çilidə 6,4 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, Çili Universitetinin Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri ölkənin Kobkekura şəhərində olan 6,4 bal gücündə zəlzələ 111 kilometr dərinlikdə baş verib.
Zəlzələ nəticəsində can və mal itkisi olmayıb.
Zəlzələ Maule, Biobio və O'Higgins şəhərlərində də hiss olunub.
Məğrur
Sitat.info