Son bir həftədə Əfqanıstanın 23 əyalətində daşqın nəticəsində 10 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, Taliban hökumətinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Dövlət Nazirliyinin baş sözçüsü Rəhimi mətbuata verdiyi açıqlamada Əfqanıstanın 23 vilayətində son bir həftədə yağan yağışlar nəticəsində daşqınların yaşandığını bildirib.
Daşqınlarda 10 nəfərin həyatını itirdiyini qeyd edən Rəhimi 76 nəfərin yaralandığını bildirib.
Rəhimi sel altında qalan 1800 evin yararsız hala düşdüyü, 22 min hektar əkin sahəsinin dağıldığı barədə məlumat verib.
Rəhimi qeyd edib ki, ən çox zərər Pərvan və Bəlx əyalətlərində müşahidə olunub.
Məğrur
Sitat.info