Rusiya-Ukrayna müharibəsi səbəbindən “ərzaq böhranı” riskini aradan qaldırmaq üçün yaradılan “taxıl dəhlizi” ilə daşınan taxılın həcmi 25 milyon tonu ötüb. Martın 19-da müddətin yenidən uzadılması ilə bağlı qəbul edilən qərardan sonra daşınan taxılın həcmi 1,3 milyon tona yaxınlaşıb.
Sitat.info xəbər verir ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan ərzaq böhranının həlli istiqamətində diplomatik səyləri ilə keçən il iyul ayında Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiyalı şəkildə İstanbulda “Birgə Koordinasiya Mərkəzi” yaradılıb.
1 avqust 2022-ci ildə 120 günü əhatə edən müqavilə çərçivəsində taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanından yola düşmüşdü.
120 günü əhatə edən razılaşma çərçivəsində Ukrayna limanlarını tərk edən ilk gəmi olan Sierra Leone bayraqlı quru yük gəmisi "Razoni" 26 min ton qarğıdalı ilə Livanın Tripoli limanına yola düşmüşdü.
Razonidən 4 gün sonra Panama bayraqlı “Navistar” İrlandiyaya, Malta bayraqlı Rojen İtaliyaya, Türkiyə bayraqlı “Polarnet” Odessa və Çernomorsk limanlarından Türkiyəyə 60 min ton taxıl daşımaq üçün yola düşmüşdü.
Gəmilərin çoxu Türkiyənin Tekirdağ, İskenderun və İzmir kimi limanlarına göndərilmişdi.
İlk gəmi 2022-ci il avqustun 1-də yola salındıqdan sonra iki həftə ərzində Ukrayna limanlarını tərk edən gəmilərin sayı 25-ə çatıb, daşınan taxılın miqdarı 800 min tonu ötüb.
Məğrur
Sitat.info