Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.
Sitat.info xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı Yaponiya təmsilçisi Yoşinori Horie ilə qarşılaşıb.
Kərəmov ikinci raundda rəqibini məğlubiyyətə uğradıb.
Qeyd edək ki, daha əvvəl Mehman Məmmədov da eyni yarışda qalib gəlib.