Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.
Sitat.info-nun məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kasseni (Belçika) məğlub olub.
73 kq-dakı Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.