Rusiyanın Kamçatka bölgəsində 6,9 bal gücündə zəlzələ olub.
“Sitat.info” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bölmənin direktoru Danila Çebrov bildirib ki, zəlzələnin episentri şəhərdən 64 km aralıda, ocağının dərinliyi isə təxminən 100 km olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.