Ərdoğan Kılıçdaroğlu ilə görüşən səfiri sərt tənqid etdi

10:23 3 Aprel 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Ankaradakı səfiri Ceff Fleyki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşməsinə görə tənqid edib.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

“Amerikaya bu seçkilərdə bir dərs vermək lazımdır. Co Bayden orada danışır, Baydenin buradakı səfiri nə edir? Gedib Kamalı ziyarət edir. Ayıbdır, bir az başınızı işlədin. Siz səfirsiniz. Sizin burada ünsiyyət quracağınız şəxs Prezidentdir. Bundan sonra Prezidentlə görüşməyi necə istəyəcəksiniz?”, - deyə Ərdoğan sözügedən görüşə sərt reaksiya verib. 

O, ABŞ səfiri üçün qapıların bağlandığını da əlavə edib: “Bizim qapılar bağlandı. Niyə? Həddinizi biləcəksiniz. Səfir olaraq vəzifələrinizi biləcəksiniz. Bir səfir necə işləməlidir, bunu öyrənəcəksiniz. Bunu öyrənmədiyiniz təqdirdə bu qapıdan girə bilməzsiniz”.

Xatırladaq ki, martın 29-u Kılıçdaroğlu və ABŞ səfiri Ceff Fleyk arasında görüş keçirilib.

 



Xəbər xətti