Paris elektron skuterlərin kirayəsini qadağan edən ilk şəhər oldu

10:52 3 Aprel 2023

Paris Avropada bir sıra ölümcül qəzalardan sonra dünyada elektrik skuterlərinin kirayəsini qadağan edən ilk şəhər oldu.

Sitat.info xəbər verir ki, bazar günü Fransanın paytaxtında keçirilən referendumda elektron skuterlərin qadağan edilməsini istəyənlərin nisbəti yüzdə 90 olub. Ancaq seçki qutusuna səs vermək üçün yaşı olanların yalnız 8 faizi gedib.

Referendum Fransanın paytaxtında elektron skuterlərdən yaralanan və ölənlərin sayının artdığı bir vaxtda keçirilib.

Rəsmi rəqəmlərə görə, şəhərin seçici siyahısında olan 1,38 milyon insandan 103 mindən bir qədər çoxu səs verib. Bunlardan 91.300-dən çoxu elektron skuterlərin qadağan edilməsini istəyib.

Paris elektrikli nəqliyyat vasitələrini qəbul edən ilk şəhərlərdən biri idi, lakin rəqiblər onların xeyirdən çox zərər verdiyini iddia edirlər.

Bəzi insanların nəqliyyatda, səkilərdə piyadalar arasında və 27 km/saat sürətlə hərəkətdə elektron skuterlərdən istifadə etməsi narahatlıq doğururdu.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti