“Oskar” mükafatlı yazıçı və rejissor Sara Pollinin 11 yaşlı oğlu 1 aprel günü anasına zarafat edib. Oskar heykəlciyini saxta məktubla qaytarması tələb olunan rejissor şoka düşüb.
Sitat.info xəbər verir ki, Kanadalı yazıçı və rejissor Sarah Polley aprelin 1-də keçən ay Los-Ancelesdə keçirilən 95-ci Oskar Mükafatları mərasimindən evə Oskar heykəlciyi ilə qayıdarkən çətin gün keçirib. "Danışan qadınlar" filminə görə Ən Yaxşı "Uyğunlaşdırılmış Ssenari" nominasiyasında Oskar qazanan 44 yaşlı Polley evinə: "Bunu dediyimiz üçün çox üzr istəyirik, lakin Oskarın səhvən sizə verildiyini müəyyən etdik. Zəhmət olmasa, geri göndərin”, - məktubu gəlib.
Məktubda həmçinin bildirilir ki, Polley heykəlciyi maksimum bir həftə daha saxlaya bilər, bundan sonra onu Los-Ancelesə göndərməli olur və mükafatın yeni qalibi “Qərb cəbhəsində yenilik yoxdur” filmidir. Məktubda izah edilir ki, səhv əslində mərasim zamanı müşahidə edilib, lakin 2017-ci ildə keçirilən mərasimdə səhvən “La La Land” filmi “Ay işığı” əvəzinə ən yaxşı film elan edilmiş fiaskonun təkrarlanması qorxusundan susub.
Seymur Bənnayev
Sitat.info