Aprelin 1-dən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (BMTŞ) sədrlik Rusiyaya keçdi. Kiyevin üzv dövlətlərə “bu addımı dayandırmaq” çağırışı cavabsız qalıb.
15 üzvdən ibarət BMT TŞ-nin hər bir üzvü hər ay şuraya sədrlik edir. Prezidentlik sırası əlifba sırası ilə müəyyən edilir. Rusiyanın BMT TŞ-yə sonuncu sədrliyi 2022-ci ilin fevralında Ukraynaya qarşı işğal əməliyyatının başlamasına təsadüf edib. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya prezidentliyini “ən pis aprel zarafatı” adlandırıb. “Bu, beynəlxalq təhlükəsizlik strukturunun fəaliyyətində nəyinsə səhv olduğunun ən bariz göstəricisidir”, - Kuleba bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Məğrur
Sitat.info