Finlandiyada keçirilən ümumi seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyası 20,8 faiz səs toplayıb. Seçki yarışında heç bir partiya parlamentdə çoxluq qazana bilməyib.
Sitat.info xəbər verir ki, Finlandiyada keçirilən ümumi seçkilərdə səslərin 93,4 faizi hesablanıb. Qeyri-rəsmi nəticələrə görə, Petteri Orponun rəhbərlik etdiyi Milli Koalisiya Partiyası 20,8 faiz səs toplayıb. Riikka Purranın rəhbərlik etdiyi Əsl Finlər Partiyası 20,1 faiz, hazırkı baş nazir Sanna Marinin Finlandiya Sosial Demokrat Partiyası isə 19,9 faiz səs toplayıb.
Finlandiyanın 200 yerlik parlamentində Milli Koalisiya Partiyasının 48, Əsl Finlər Partiyasının 46 və Sosial Demokrat Partiyasının 43 yer qazanacağı gözlənilir. Seçki yarışında heç bir partiya parlamentdə çoxluq qazana bilməyib.
Məğrur
Sitat.info