Danimarkaya böyük reaksiya: Qurana və bayrağa edilən təkəbbürlü hücumu qınayırıq

12:27 3 Aprel 2023

Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurana və türk bayrağına qarşı nifrət cinayətinin təkrarlanmasını ən sərt şəkildə pisləyib.

Sitat.info xəbər verir ki, Nazirlikdən edilən yazılı açıqlamada: "24 Martda Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və əzəmətli bayrağımıza qarşı törədilən nifrət cinayətinin törədilməsinə icazə verilməsi ehtimalını şiddətlə qınayırıq".

Ötən gün Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağı və Qurana qarşı hücum təşkil edilib. Canlı yayımda marginallaşmış anti-islam və ultra-millətçi Patriotlar öz hədsiz hücumlarını internetdə canlı yayımladılar. Hadisə ilə əlaqədar Danimarkanın Ankaradakı səfiri Denni Annan da Xarici İşlər Nazirliyinə çağırılıb və bu fəaliyyətə etiraz edilib.

Milli Müdafiə naziri Hulusi Akar bildirib: “Bu təkəbbürlü və alçaq hücumu həyata keçirən varlıqları insanlıqdan çıxmış,  kin və nifrətlə qudurnuş varlıqları lənətləyir; bu şarlatanlara qarşı duyarsız və səssiz qalaraq onlara göz yuman, onları cəzasız qoyaraq az qala cinayətə sövq edənləri cinayət ortağı elan edir və qınayırıq”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti