“Sumqayıt”ın futbolçusunun cəzası açıqlanıb

13:01 3 Aprel 2023

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayevin cəzası açıqlanıb.

Sitat.info xəbər verir ki, AFFA İntizam Komitəsi yarımmüdafiəçini 2 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Mustafayevin Premyer Liqanın XXVIII turunda “Turan Tovuz”la oyunda qırmızı vərəqə alması olub. “Gənclik şəhəri” təmsilçisi buna görə, 1600 manat cərimələnib.

Həmin qarşılaşmanın “Kəpəz” – “Səbail” matçı başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olması gəncəlilərin 1600 manat cərimə olunması ilə nəticələnib. Bənzər hadisə “Sabah” – “Qəbələ” görüşündən əvvəl yaşanıb. Bu üzdən bakılılar 1600 manat ödəməli olacaqlar.



Xəbər xətti