Rusiyanın Minskdəki səfiri bəyan edib ki, Moskva keçmiş Sovet respublikasının qərb sərhədi yaxınlığında Belarusa taktiki nüvə silahı yerləşdirəcək.
Sitat.info-nun məlumatına görə, səfir Boris Qrizlov Belarus televiziyasına verdiyi açıqlamalarda “Rusiyanın nüvə silahlarının ümumi dövlətimizin qərb sərhədi yaxınlığında yerləşdiriləcəyini” desə də, dəqiq yeri açıqlamayıb.
"Bu, bizim müdafiə imkanlarımızı təkmilləşdirəcək və Avropa və ABŞ-ın səslərinə baxmayaraq həyata keçiriləcək", - Qrizlov bildirib.
Belarus, NATO üzvü olan Latviya, Litva və Polşa ilə 1250 kilometr sərhədi bölüşür.