Rusiyalı milyarderlər daha da varalanıb: Ən çox da bu azərbaycanlı

17:10 3 Aprel 2023

2023-cü ildə rusiyalı milyarderlər daha da zənginləşib.

Sitat.info xəbər verir ki, "Bloomberg" Milyarderlər İndeksinə (BBI) əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 13 milyard dollardan çox artıb.

Qeyd edildiyi kimi, “Lukoyl”un ortaq sahibi Vahid Ələkbərov hamıdan çox varlanıb.

"Norilsk Nikelin" əsas sahiblərindən biri olan Vladimir Potanin siyahının ən zəngini olaraq qalır. 2023-cü ilin əvvəlindən o, sərvətini 448 milyon dollar artırıb - hazırda Potaninin 29 milyard dolları var.

İkinci yeri “Novatek”in həmsahibi Leonid Mixelson tutur -26,3 milyard. BBI-nin məlumatına görə, o, 1,65 milyard dollar zənginləşib.

Üçüncü sırada NLMK-nın benefisiarı Vladimir Lisindir. Onun sərvətinin 1,17 milyard dollar (21 milyard dollara qədər) artdığı təxmin edilir.

Dördüncü yerdə Əlişir Usmanov (Metalloinvest, Megafon) qərarlaşıb - onun sərvəti hazırda 19,2 milyard (715 milyon artıb) dəyərində qiymətləndirilir.

Beşinci yerdə "Severstal"ın əsas benefisiarı Aleksey Mordaşovdur - 19,1 milyard (üstəgəl 362 milyon).

Altıncı yeri 18,5 milyard dollarla “Lukoyl”un həmsahibi Vahid Ələkbərov tutur. Onun sərvətindəki artım Rusiyanın digər ən varlı sahibkarlarından daha çox olub – 3,17 milyard dollar.

Dünyanın ən zəngin 500 adamının arasında 22 rusiyalı var.



Xəbər xətti