Ukrayna uzadılmış maliyyələşdirmə proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan ilk tranşı alıb. Məbləğ 2,7 milyard ABŞ dollarıdır.
Sitat.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı bildirib.
"Biz təcili kömək üçün tərəfdaşlara təşəkkür edirik və BVF-dən növbəti tranşı almaq üçün fəallıq göstəririk", - Milli Bankın rəhbəri qeyd edib.