Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales istefa verib.
Sitat.info-nunklubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı mütəxəssis öz istəyilə vəzifəsini tərk edib.
60 yaşlı baş məşqçinin istefası klub rəhbərliyi tərəfindən qəbul olunub.
Qeyd edək ki, Miçel Qonsales 2022-ci ildən "Olimpiakos"un sükanı arxasında idi. Pirey təmsilçisi bu mövsüm UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında Yunanıstanda keçirilmiş oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bakıdakı matçda isə qapılara qol vurulmayıb.