Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin daha 1/10 miqyasında tikilib.
Sitat.info xəbər verir ki, Həmin tikili Fransanın paytaxtı Parisdə dünyaca məşhur Eyfel qülləsindən 200 metr irəlidə tikilib. 1 aprel zarafatı olduğu düşünülən qüllənin zarafat üçün tikilmədiyi ortaya çıxıb. Eyfela adlı orijinal qüllənin 1/10 hissəsini təşkil edən qüllənin rəssam Philippe Maindron tərəfindən inşa edildiyi və aprelin 10-na qədər sərgilənəcəyi açıqlanıb.
Bildirilib ki, Eyfelanın təməli aprelin 1-də yerli vaxtla saat 05:25-də qoyulub, hündürlüyü 32 metrdir və 23 ton dəmirdən istifadə edilərək tikilib. Söz mövzusu qüllənin ətəyində yazılmış qeyddə yazılıb: "Doğum xəbəri, adım Eyfeladır, 1 aprel 2023-cü il şənbə günü saat 05:25-də Parisdə anadan olmuşam. Boyum 32 metr, çəkim 23 tondur".
Məğrur
Sitat.info