Stoltenberq: Finlandiya çərşənbə axşamı NATO-ya üzv olacaq

22:30 3 Aprel 2023

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı açıqlamasında deyib: "Finlandiya sabah NATO-ya 31-ci üzv kimi daxil olacaq".

Sitat.info xəbər verir ki, Finlandiyanın NATO-ya üzvlük protokolu ilə bağlı təklifin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilməsindən sonra NATO-nun baş katibi Yens Stoltenberq proseslə bağlı yeni açıqlama verib.

Finlandiyanın NATO ittifaqını daha güclü və təhlükəsiz hala gətirəcəyini ifadə edən Stoltenberq bildirib: "Finlandiya sabah NATO-ya 31-ci üzv olaraq daxil olacaq. NATO qərargahında ilk dəfə burada Finlandiya bayrağını qaldıracağıq. Finlandiya, Skandinaviya və NATO-nun təhlükəsizliyi üçün yaxşı gün olacaq. Nəticədə İsveç də daha təhlükəsiz olacaq. Keçən il müttəfiqlərimiz Finlandiya və İsveçi NATO üzvü olmağa dəvət etmək barədə tarixi qərar qəbul etdilər".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti