"Empoli" və "Leççe" arasında İtaliya A Seriyasının XXVIII tur oyunu qonaq komandanın paltardəyişmə otağındakı yanğın səbəbindən gec başlayıb.
Sitat.info DAZN telekanalına istinadən xəbər verir ki, yanğınsöndürənlər sürətlə arenaya daxil olaraq, yanğını qısa zamanda söndürüblər.
Xoşagəlməz hadisə üzündən qarşılaşmanın startı təqribən 35 dəqiqə ləngiyib.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab açılmayıb.