Finlandiya bu gün rəsmi olaraq NATO-ya daxil olacaq və alyansın 31-ci üzvü olacaq.
Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dünən Brüsseldə deyib: "Burada, NATO-nun mənzil-qərargahında ilk dəfə olaraq həm Şimalın, həm də bütövlükdə NATO-nun təhlükəsizliyi üçün Finlandiya bayrağını dalğalandıracağıq. Bunun nəticəsində İsveç də daha təhlükəsiz olacaq".
Qeyd edək ki, İsveç və Finlandiya 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzvlük üçün müraciət etmişdilər; Türkiyə hazırkı şərtlərlə İsveçin üzvlüyünə razılıq vermədi.
Bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək mərasimdə Finlandiya prezidenti Sauli Niinistö də iştirak edəcək.
Finlandiya NATO-nun yaradılmasını nəzərdə tutan Şimali Atlantika Müqaviləsinə qoşulma sənədini NATO Xarici İşlər Nazirlərinin bugünkü iclası başlamazdan əvvəl Brüsseldə ABŞ administrasiyasına təqdim edəcək.
Finlandiyanın NATO-ya üzvlüyünü qeyd edən bayraq qaldırma mərasimi üzvlük sənədinin depozitə təhvil verilməsindən sonra NATO-nun mənzil-qərargahında keçiriləcək.
Mərasimdə Finlandiya prezidenti Sauli Niinistö də iştirak edəcək.
Məğrur
Sitat.info